“Aris”lə oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı

15 iyul 2022, 13:45

“Neftçi” PFK-nın UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 28-i saat 21:00-da Kiprin “Aris” (Limassol) klubu ilə “Bakcell Arena”da keçirəcəyi matça KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:

1. Ad, soyad

2. Təmsil etdiyi KİV

3. Vəzifə

4. Şəkil

5. 2021/2022 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)

Qeyd olunan məlumatlar iyulun 21-i saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə [email protected] cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.

Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 27.07.2022-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək “Bakcell Arena”da “Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.