“Neftçi”nin ikinci rəqibi “Sivasspor” olacaq

9 iyul 2022, 11:45

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” ikinci yoxlama oyununu qardaş ölkənin “Sivasspor” klubuna qarşı keçirəcək. İyulun 11-i “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 12:30-da başlanacaq.

Qeyd edək ki, iyulun 6-da “Sakaryaspor”la qarşılaşmış (1:1) “ağ-qaralar”ın iyulun 15-dək təşkil olunacaq toplanış çərçivəsində daha bir sınaq matçı keçirməsi nəzərdə tutulub.