“Neftçi” sabah “Sakaryaspor”la qarşılaşacaq

5 iyul 2022, 16:15

Yeni mövsümə hazırlığı Türkiyənin Bolu bölgəsində davam etdirən “Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu qardaş ölkənin “Sakaryaspor” klubuna qarşı keçirəcək. İyulun 6-sı “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” iyulun 15-dək təşkil olunacaq toplanış ərzində 3 sınaq matçı keçirməyi planlaşdırır.