“Neftçi” toplanışın ikinci mərhələsinə başladı

2 iyul 2022, 17:12

“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir. Dünən Türkiyəyə yollanaraq Bolu bölgəsində yerləşən “The Sign Esentepe Hotel & Ski Center”də məskunlaşan komandamız bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.

Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.