“Neftçi” U-13 Liqasının gümüş medallarını qazandı

17 iyun 2022, 19:46

“Neftçi” AFFA-nın U-13 Liqasında final matçına çıxıb. Baş məşqçi İslam Kərimovun yetirmələri həlledici görüşdə “Sumqayıt”la qarşılaşıb. Hövsan FHN-nin stadionunda baş tutan oyunda “ağ-qaralar” 0:1 hesabı ilə məğlub olub.

Oyundan sonra keçirilən mükafatlandırma mərasimində “Neftçi” gümüş medallala təltif olunub. Komandamızın üzvü Səttar Tahirzadə isə “Fair Play” mükafatına layiq görülüb.