“Neftçi” U-10 Liqasının gümüş medallarını qazandı

16 iyun 2022, 16:22

AFFA-nın U-10 Liqasında final oyunu keçirilib. Həlledici görüşdə “Neftçi” “Sabah”la qarşılaşıb. Hövsan FHN-nin stadionunda baş tutan matçda “ağ-qaralar” məğlub olub – 2:3. İlk hissədə 0:2 hesabı ilə geri düşən komandamız fasilədən sonra Raul Pənahov və Hüseyn Əliyevin qolları ilə hesabı bərabərləşdirsə də, rəqib əlavə olunmuş dəqiqədə qələbə qolunu vura bilib.

Oyundan sonra keçirilən mükafatlandırma mərasimində “Neftçi” gümüş medallala təltif olunub. Komandamızın üzvü Yusif Zeynalzadə isə “Fair Play” mükafatına layiq görülüb.