Məşqçilər korpusunun üzvlərinə təşəkkürlər!

10 iyun 2022, 13:47

“Neftçi” PFK-nın məşqçilər korpusuna daxil olan köməkçi məşqçilər – Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Göstərdiyi xidmətlərə görə hər bir mütəxəssisə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.

Qeyd edək ki, Etibar Tarıverdiyev 2018-ci ilin iyunundan, Seymur Rəhimov və Vəfadar Quliyev 2020-ci ilin noyabrından, Eduardo Karo 2021-ci ilin yanvarından, Mübariz Orucov isə 2021-ci ilin iyunundan “Neftçi”də çalışırdı.