6 futbolçumuz Qazaxıstan yığması ilə qarşılaşacaq

1 iyun 2022, 17:10

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. İyunun 2-dən 10-dək Qəbələdə baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 üzvü – Rəvan Kazımov, Fariz Xeyrullayev, Rüfət Abbasov, Elcan Əbilov, Nurlan Musayev və Ağadadaş Salyanski dəvət olunublar. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.