“Neftçi” PFK lisenziya ilə təltif olunub

25 may 2022, 15:20

Bu gün AFFA-nın inzibati binasında 2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib. Növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş “Neftçi” PFK müvafiq lisenziya ilə təltif olunub.

Təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.