“Neftçi Esports” əsas mərhələyə vəsiqə qazandı

20 may 2022, 12:30

“Neftçi Esports” E-Milli Liqanın əsas mərhələsinə vəsiqə qazanıb. “Ərkivan Masallı” oyuna çıxmadığı üçün qrupdakı son görüşümüzdə komandamıza texniki qələbə verilib – 6:0 (3:0, 3:0).

Bundan əvvəl “Nebula” 6:8 (2:2, 4:6) və “Zirə” 14:2 (11:2, 3:0) ilə qarşılaşmış “Neftçi Esports” qrupda ikinci yeri tutub. Heyətində Murad Məmmədzadə, Nadir Həsənov və Kənan Babazadənin olduğu komandamızın əsas mərhələdəki rəqibi qrup oyunları bitəndən sonra məlum olacaq.

Qeyd edək ki, 28 komandanın iştirak etdiyi və 7 qrupdan ibarət olan turnirin əsas mərhələsi Olimpiya sistemi ilə keçiriləcək.