“Neftçi-2” mövsümü 5-ci yerdə başa vurdu

17 may 2022, 18:05

I Divizionda mövsüm başa çatıb. “Neftçi-2” sonuncu turda “Zaqatala”nı qəbul edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda əvəzedicilərimiz 2:3 hesabı ilə məğlub olublar. “Neftçi-2”dən Əli Sadıxov (45+4-cü dəqiqə) və Elton Əlibəyli (86-cı dəqiqə), “Zaqatala”dan isə Rəhman Şabanov (45-ci dəqiqə), Roini İsmayılov (76-cı dəqiqə) və İbrahim Camalov (84-cü dəqiqə) fərqləniblər.

Qeyd edək ki, 24 oyundan 38 xal toplayan “Neftçi-2” mövsümü 5-ci yerdə başa vurub.