Bu mövsümdə son oyunumuz saat 19:30-da başlanacaq

16 may 2022, 16:15

Premyer Liqada sonuncu – 28-ci turun oyun cədvəli açıqlanıb. Mayın 21-i “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 19:30-da start götürəcək.

Qeyd edək ki, 27 turdan sonra 50 xal toplayan “Neftçi”nin mövsümü 2-ci yerdə başa vuracağı rəsmiləşib.