“Zirə” – “Neftçi” matçını Rauf Cabarov idarə edəcək

13 may 2022, 15:15

Premyer Liqada 27-ci turun təyinatları açıqlanıb. “Zirə” – “Neftçi” oyununun baş hakimi Rauf Cabarov olacaq. Ona Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi isə Rüfət Əmirov olacaq.

Qeyd edək ki, mayın 15-i Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.