“Neftçi-2” azlıqda qalıb qələbəni əldən verdi

11 may 2022, 18:46

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 25-ci turda MOİK-in qonağı olub. Binə qəsəbə stadionunda baş tutan matçda heç-heçə qeydə alınıb – 1:1. Hesabı 1-ci dəqiqədə hücumçumuz Xəqani Sadıxov açıb. 19 dəqiqə sonra isə komandamızın digər üzvü – kapitan Seymur Əliyev qırmızı vərəqə ilə cəzalandırılıb. “Ağ-qaralar”ın azlıqda qalmasından faydalanan MOİK 50-ci dəqiqədə Elvin Nəsibovun qolu ilə hesabı bərabərləşdirib.

Qeyd edək ki, “Neftçi-2” 24 oyundan 38 xalla 4-cü yeri tutur.