“Neftçi”nin məğlubiyyətsiz seriyasına son qoyuldu

9 may 2022, 22:05

“Neftçi”nin 10 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub. Komandamız Premyer Liqanın 26-cı turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzub. Yeganə qolu Qəbələ şəhər stadionunda baş tutan matçın 76-cı dəqiqəsində penaltidən İsnik Alimi vurub.

Qeyd edək ki, “Neftçi” 26 oyundan 50 xalla 2-ci yeri tutur.