“Qəbələ” – “Neftçi” matçını Fərid Hacıyev idarə edəcək

6 may 2022, 16:45

Premyer Liqada 26-cı turun təyinatları açıqlanıb. “Qəbələ” – “Neftçi” oyununun baş hakimi Fərid Hacıyev olacaq. Ona Müslüm Əliyev və Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev icra edəcək. Hakim-inspektor Ceyhun Haşımov, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Qeyd edək ki, mayın 9-u Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 19:45-də başlanacaq.