
3 futbolçumuz UEFA İnkişaf turnirində
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Mayın 10-dan 16-dək keçiriləcək turnirdə millimiz Gürcüstanın və Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hazırlıq məqsədilə mayın 7-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək U-17-yə “Neftçi” PFK-nın 3 üzvü – Murad Məmmədov, Enar Ağalarov və Taleh Mahmudzadə dəvət olunublar.
Tövsiyə olunur
-
“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir
Akademiya 18 may 2022, 13:00 -
5 futbolçumuz Latviya yığmasına qarşı
Akademiya 17 may 2022, 12:55 -
Bütün komandalarımız pley-of mərhələsində qələbə qazanıb
Akademiya 16 may 2022, 13:47 -
7 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında
Akademiya 14 may 2022, 19:00