“Neftçi” Sumqayıtda qələbə qazandı

4 may 2022, 22:28

“Neftçi” növbəti oyununu keçirib. Komandamız Premyer Liqanın 25-ci turunda “Sumqayıt”ın qonağı olub. “Kapital Bank Arena”da baş tutan matç “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Hər iki qola Tiaqo Bezerra imza atıb. O, 12-ci və 61-ci dəqiqələrdə fərqlənib. 19-cu dəqiqədə “Sumqayıt”ın futbolçusu Camaləddin Xocaniyazov qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi” 25 oyundan 50 xalla 2-ci yeri tutur.