“Zirə” ilə cavab oyununun hazırlığı başa çatdı

28 aprel 2022, 18:59

“Neftçi” Azərbaycan Kubokunun 1/2 final mərhələsində qarşılaşacağı “Zirə” ilə cavab matçının hazırlığını başa vurub. Flaqman bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Zirə” görüşü aprelin 29-u saat 20:30-da “Bakcell Arena”da keçiriləcək. Bu komandalar arasındakı ilk oyun qolsuz bitib.