“Zirə” ilə cavab matçının biletləri satışa çıxarıldı

28 aprel 2022, 11:00

Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində aprelin 29-u saat 20:30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçının (ilk oyun 0:0 hesabı ilə başa çatıb) biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 20:30-dək işləyəcək.