“Neftçi-2”dən qolsuz heç-heçə

27 aprel 2022, 19:09

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 23-cü turda “Səbail-2”nin qonağı olub. “ASCO Arena”da baş tutan matçda qapılara qol vurulmayıb. 80-ci dəqiqədə komandamızın üzvü Elton Əlibəyli qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi-2” 21 oyundan 34 xalla 4-cü yeri tutur.