“Neftçi” azlıqda qələbə qazandı

24 aprel 2022, 22:26

“Neftçi” uğurlu seriyanı davam etdirir. Komandamız Premyer Liqanın 24-cü turunda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlməklə, məğlubiyyətsiz oyunların sayını 11-ə çatdırıb. Qələbə qolunu “ASCO Arena”da baş tutan matçın 71-ci dəqiqəsində Tiaqo Bezerra vurub. 47-ci dəqiqədə Ömər Buludov qırmızı vərəqə ilə cəzalandırıldığından, komandamız qalan vaxtı azlıqda keçirib.

Qeyd edək ki, “Neftçi” 24 oyundan 47 xalla 2-ci yeri tutur.