“Səbail”lə oyunun hazırlığı başlandı

22 aprel 2022, 18:41

“Neftçi” Premyer Liqanın 24-cü turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığına başlayıb. “Zirə” ilə kubok matçının ertəsi günü istirahət edən komandamızın üzvləri bu gün məşqlərə start verib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Səbail” – “Neftçi” görüşü aprelin 24-ü saat 20:00-da “ASCO Arena”da keçiriləcək.