Gənclər Liqasında növbəti qələbə

21 aprel 2022, 17:20

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 24-cü turda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar”ın qollarına Ağadadaş Salyanski, Aşqin Abazərov, Nurlan Musayev və Oruc Məmmədov imza atıblar.

Qeyd edək ki, “Neftçi” 22 oyundan 53 xalla 2-ci yeri tutur.