Yarımfinaldakı ilk oyunumuzda qapılara qol vurulmadı

20 aprel 2022, 22:09

“Neftçi” Azərbaycan Kubokunun 1/2 final mərhələsində ilk oyununu keçirib. Komandamız “Zirə”nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı aprelin 29-u saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.