“Neftçi”nin 3 futbolçusu millinin toplanışına qatılacaq

19 aprel 2022, 19:00

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Aprelin 23-dən mayın 2-dək Bakıda keçiriləcək hazırlıq prosesinə “Neftçi” PFK-nın 3 üzvü – Rüfət Abbasov, Aslan Şirinov və Murad Məmmədov dəvət olunublar.