“Səbail”lə oyun saat 20:00-da başlanacaq

21 aprel 2022, 10:00

Premyer Liqada 24-cü turun oyun cədvəli açıqlanıb. Aprelin 24-ü “ASCO Arena”da keçiriləcək “Səbail” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” 23 turdan sonra 44 xalla 2-ci yeri tutur.