“Neftçi” “Sabah”a qalib gəldi

16 aprel 2022, 23:09

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 23-cü turda “Sabah”la qarşılaşıb. “Bakcell Arena”da baş tutan matçın 5-ci dəqiqəsində vurulmuş avtoqolla "ağ-qaralar" qələbə qazanıb - 1:0.

Qeyd edək ki, “Neftçi” 23 oyundan 44 xalla 2-ci yeri tutur.