Gənclər Liqasında böyükhesablı qələbə

14 aprel 2022, 16:40

“Neftçi” Gənclər Liqasında böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” 23-cü turda “Səbail”i 5:0 hesabı ilə məğlub edib. “ASCO Arena”da baş tutan matçda komandamızın qollarını Murad Məmmədov, Elcan Əbilov, Bahadur Quliyev və Ağasi Babayev vurublar. Bir dəfə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” 21 oyundan 50 xal toplayıb.