“Neftçi” – “Sabah” matçını Kamal Umudlu idarə edəcək
Premyer Liqada 23-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Sabah” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Hakim-inspektor Orxan Məmmədov, AFFA nümayəndəsi isə Əsgər Əmirəliyev olacaq.
Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu aprelin 16-sı saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.