Gənclər Liqasında bu mövsüm 3-cü məğlubiyyət

7 aprel 2022, 17:11

“Neftçi” bu mövsüm Gənclər Liqasında 3-cü məğlubiyyətini alıb. Komandamız 22-ci turda “Sumqayıt”a 3:5 hesabı ilə uduzub. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan oyunda “ağ-qaralar”ın qollarını Ağadadaş Salyanski, Oruc Məmmədov və Aşqin Abazərov vurublar. 

Qeyd edək ki, “Neftçi” 20 oyundan 47 xal toplayıb.