“Neftçi-2” “Kəpəz”i məğlub etdi

1 aprel 2022, 17:25

“Neftçi-2” I Divizionda ardıcıl ikinci qələbəsini qazanıb. Əvəzedicilərimiz 19-cu turda “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda Nihad Qurbanlı dubla imza atıb. O, 61 və 64-cü dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 18 oyundan 29 xalla 6-cı yeri tutur.