Gənclər Liqasında inamlı qələbə

30 mart 2022, 18:06

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 21-ci turda “Sabah”ı 3:1 hesabı ilə məğlub edib. Binə qəsəbə stadionunda baş tutan matçda komandamızın qollarını Rüfət Abbasov, Bahadur Quliyev və Ağadadaş Salyanski vurublar. 

Qeyd edək ki, “Neftçi” 19 oyundan 47 xalla 1-ci yeri tutur.