“Neftçi”nin 4 üzvü millinin toplanışına qatılacaq

22 mart 2022, 13:21

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Martın 23-dən 29-dək Qəbələdə keçiriləcək hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Ömər Qurbanov, Aslan Şirinov, Lətif Rzayev və Nihad Əliyev dəvət olunublar.