3 futbolçumuz Maltaya gedəcək

17 mart 2022, 10:16

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Martın 21-dən 23-dək Bakıda, 23-dən 29-dək isə Maltada baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 3 üzvü – Murad Məmmədov, Səbuhi İmaməliyev və Ceyhun Bağırzadə dəvət olunublar. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz martın 23 və 28-də Maltadan olan yaşıdları ilə qarşılaşacaq.