Gənclər Liqasında növbəti qələbə

16 mart 2022, 16:35

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 20-ci turda “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar”ın qollarını Bahadur Quliyev və Fariz Xeyrullayev vurublar.

Qeyd edək ki, “Neftçi” 18 oyundan 44 xalla 1-ci yeri tutur.