“Sumqayıt”la oyunun biletləri satışa çıxarıldı

12 mart 2022, 15:00

Premyer Liqanın 19-cu turu çərçivəsində martın 13-ü saat 18:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 18:15-dək işləyəcək.