“Neftçi-2” qələbəni əldən verdi

9 mart 2022, 17:22

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 17-ci turda “Qarabağ-2”yə 1:2 hesabı ilə məğlub olub. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçın 5-ci dəqiqəsində Əli Sadıxovun qolu ilə hesabı açan “ağ-qaralar” fasilədən sonra – 63 və 73-cü dəqiqələrdə qapısında qol görüb. Nihad Quliyev və Əli Nəcəfli fərqləniblər.

Qeyd edək ki, “Neftçi-2” 16 oyundan 23 xalla 8-ci yeri tutur.