“Səbail”lə matçın biletləri satışda

4 mart 2022, 11:15

Premyer Liqanın 18-ci turu çərçivəsində martın 5-i saat 19:15-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçının biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 19:15-dək işləyəcək.