“Neftçi”dən ardıcıl 6-cı qələbə

28 fevral 2022, 16:40

“Neftçi” Gənclər Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Komandamız 14-cü turdan təxirə salınmış oyunda “Səbail”i 4:1 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilmiş görüşdə “ağ-qaralar”ın qollarını Ağadadaş Salyanski, Aşqin Abazərov və Bahadur Əliyev vurublar. Bir dəfə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 15 oyundan 38 xalla 1-ci yeri tutur.