“Neftçi” “Ana harayı” abidəsini ziyarət edib

26 fevral 2022, 16:33

Bu gün Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Bununla əlaqədar “Neftçi” PFK tərəfindən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad olunub, şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq ucaldılmış “Ana harayı” abidəsi ziyarət edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!