U-16 komandamızdan növbəti qələbə

25 fevral 2022, 16:59

“Neftçi” U-16 Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 18-ci turda “Neftçi” İK İB-ni 3:1 hesabı ilə məğlub edib. Lökbatan təlim idman bazasında baş tutan matçda qolları Ceyhun Bağırzadə, Səbuhi İmaməliyev və Enar Ağalarov vurublar.

Qeyd edək ki, U-16 komandamız 16 oyundan 35 xalla 2-ci yeri tutur.