“Neftçi” Asim Xudiyevi təbrik etdi

22 fevral 2022, 17:30

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevi 65 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Asim Xudiyev 1977-1984-cü illər ərzində “Neftçi”nin heyətində 201 oyun keçirib.