“Neftçi” ardıcıl 5-ci qələbə ilə zirvədə

20 fevral 2022, 18:30

“Neftçi” Gənclər Liqasında ardıcıl 5-ci qələbəsini qazanıb. Komandamız 13-cü turdan təxirə salınmış oyunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. “Kapital Bank Arena”da baş tutmuş matçda “ağ-qaralar”ın qollarına Ağadadaş Salyanski və Bahadur Əliyev imza atıblar.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 14 oyundan 35 xalla zirvəyə yüksəlib.