Gənclər Liqasında 6:0 hesablı qələbə

17 fevral 2022, 17:16

“Neftçi” Gənclər Liqasında böyükhesablı qələbə qazanıb. Komandamız 16-cı turda “Zirə”ni 6:0 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş matçda Ağadadaş Salyanski het-trikə, Xaqan Məmmədov dubla imza atıb. Digər qolu Murad Məmmədov vurub.

Qeyd edək ki, “Neftçi” 13 oyundan 32 xal toplayıb.