Gənclər Liqasında növbəti qələbə

11 fevral 2022, 18:03

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 15-ci turda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib. “Binə Arena”da baş tutmuş matçda “ağ-qaralar”ın qollarını Ağadadaş Salyanski və Cavanşir Şahbazlı vurublar.

Qeyd edək ki, “Neftçi” 12 oyundan 29 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.