Kubok oyunumuzun biletləri satışda

31 yanvar 2022, 15:31

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 1-i saat 19:45-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 19:45-dək işləyəcək.