3 futbolçumuz beynəlxalq turnirdə

31 yanvar 2022, 11:31

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək. Bu məqsədlə fevralın 1-dən 3-dək Bakıda hazırlıq keçəcək millimiz “Neftçi-2” ilə yoxlama oyununda üz-üzə gələcək. Heyətə “Neftçi” PFK-nın 3 üzvü – Ömər Qurbanov, Nihad Əliyev və Murad Məmmədov dəvət olunub.

Qeyd edək ki, millimiz beynəlxalq turnir çərçivəsində Qırğızıstan (6 fevral, 11:00), Belarus (7 fevral, 19:00), Qazaxıstan (9 fevral, 12:00), Tacikistan (10 fevral, 19:00) yığma komandaları ilə qarşılaşacaq. Final matçı fevralın 13-də keçiriləcək.