“Neftçi” ikinci dövrəyə qələbə ilə başladı

30 yanvar 2022, 19:39

“Neftçi” U-17 Liqasında ikinci dövrəyə qələbə ilə başlayıb. Komandamız 14-cü turda “Keşlə”yə 2:1 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar”ın qollarını İbrahim Piriyev və Vüqar Əlizadə vurublar.

Qeyd edək ki, U-17 komandamız 26 xalla 3-cü yeri tutur.