“Neftçi-2” üçüncü yoxlama oyununu keçirib

26 yanvar 2022, 16:40

“Neftçi-2” qış fasiləsində növbəti yoxlama oyununu keçirib. Komandamız “Qarabağ-2” ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüş əvəzedicilərimizin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Yeganə qol 40-ci dəqiqədə vurulub.

Qeyd edək ki, bundan əvvəl “Füzuli” (4:1) və “Turan Tovuz” (1:1) klubları ilə qarşılaşmış “Neftçi-2”nin fevralın 2-də U-18 milli komandası ilə sınaq matçı nəzərdə tutulub.